Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək - Məzahir Pənahov

17:24 01.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən veb-kameraları izləyəndə fərqi özüm müşahidə etdim. Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

MSK sədri bildirib ki, səsvermə kabinasının içini çəkmək üçün ən az 10 kamera lazımdır:

 

"Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".